41.Sistem Administratoru Məktəbi – DHCP



41.Sistem Administratoru Məktəbi – DHCP

41.Sistem Administratoru Məktəbi - DHCP

Salam əziz tələbələr
Bu dərsimizdə DHCP protokolu haqqında söhbət edəcəyik.
Onun yeri Model OSI-da 1ci Application Tətbiqetmə səviyyəsindədir.
DHCP (ing. Dynamic Host Configuration Protocol – Hostun dinamik konfiqurasiya protokolu) – şəbəkə cihazlarının TCP/IP şəbəkəsini idarə etmək üçün lazım olan IP adreslərini və digər parametrləri avtomatik əldə etməsinə imkan verən şəbəkə protokoludur.
“Klient – server” modeli üzrə işləyir.
Yəni bizim hər hansı bir klientimiz var və o serverə müraciət edəcəkdir
Adətən 1 yox 1 neçə klient ola bilir ki, 1 neçə server ilə işləsin
UDP 67 Portu (klientdən sorğu) və UDP 68 Portu (serverdən cavab) istifadə olunur
Protokol 1990cı ildə yaradılmış, 1993cü ildə qəbul edilmiş və hazırki versiyası 1997ci ildəndir
DHCPv6 üçün 2003cü ildə yaradılmışdır.
DHCP üçün Spesifikasiyası RFC 2131
DHCPv6 üçün Spesifikasiyası RFC 3315
Adreslərin paylanması 3 cürə olur
Əl ilə paylanması – Administrator özü hər hostun MAC adresinə müəyyən IP adres təyin edir.
Bu DHCP serverdə olunur
Yəni tanıdılmayan MAC adresli kompüter şəbəkəyə qoşulanda o heç bir IP ala bilmir
Ama tanıdılmiş MAC adresli kompüter qoşulan kimi təyin olunmuş IPni ala bilir
Avtomatik paylanması – Hər hosta daimi işlətməsi üçün, administratorun təyin etdiyi diapazondan hər hansı rezerv olunmamış, boş IP verilir.
Dinamik paylanması – Avtomatik paylanmadakı kimidir ama fərqi adresin hosta daimi deyil müəyyən zaman çərçivəsində verilməsidir. Buna adresin icarəsi deyilir
Adresin icarəsi nədir
Adresin icarəsi adresin müəyyən zaman çərçivəsində verilməsinə deyilir
İcarə vaxtı bitəndən sonra IP adres boş olur və başqa hosta təyin edilə bilir.
İcarə vaxtının uzadılması da mövcuddur
DHCP-nin seçimləri
Dediyimiz kimi DHCP IP adresdən başqa, müştəriyə əlavə parametrləri də verə bilir (DHCP seçimləri)
Daha çox istifadə olunan seçimlər:
Gateway-in IP adresi
Alt şəbəkənin maskası
DNS serverlərin adresləri
DNS domenin adı
Gəlin IP adresin alınmasını slayd üzərindən baxaq
Deməli, tutaq ki bizdə DHCP klient və DHCP server var
DHCP klient DISCOVER sorğusu göndərir
Bu bizdə broadcast yayımdır
Bütün şəbəkəyə göndərir və deyir ki, mənə DHCP server lazımdır
DHCP server sorğunu alır və cavab olaraq OFFER yəni IP adres təklifini göndərir
Diqqət edin DHCP server IP deyil sadəcə IP adres təklifini göndərir
DHCP klient təklifi alır, razılaşır və REQUEST, IP-address sorğusunu göndərir
Bundan sonra DHCP server ACK siqnalı göndərir və IP adres verir
Yəni IP adres OFFER-da deyil ACK-da verilir
Niyə bele olur onuda indi araşdıracıq
Tutaq ki, şəbəkədə İki DHCP server vardır
Bu adətən sistem dayanıqlığı üçün edilir
Yəni biri birdən sıradan çıxsa 2cisi işləsin
Deməli, DHCP klient sorğu göndərir və sorğunu hər iki server aldı
Və hər iki server təkliflərini göndərir ki mənim IP adresimi al
Və zaman kəsiyində serverin birinin təklifi daha tez olur
Yəni kiminki birincidir o da işləyir
Və DHCP klient birinci serverin təklifi ilə razılaşır sorğunu göndərir
Və IP adresi ACK vasitəsi ilə alır
Gəlin mərhələlərə cədvəldə baxaq
DISCOVER bu DHCP – serverin axtarışıdır
OFFER bu DHCP – serverin təklifi
REQUEST bu DHCP – serverin seçilməsi
ACK bu DHCP – serverin seçilməsinin təsdiq olunması
Və NACK bu DHCP – serverin təsdiqinin imtinasıdır
Böyük şəbəkələrdə 2 DHCP serverlərdən istifadə etmək tövsiyyə edilir
Təyinatı – Sistemin dayanıqlığını yüksəltmək üçün
Hər serverin öz diapazonu olacaq. Məsələn:
1ci 192.168.34.101 – 192.168.34.150
2ci 192.168.34.151 – 192.168.34.200
Statik icarədə vardır ki, bu daimi icarədir
Sual ola bilər ki, daimi icarə nəyə lazımdır

İcarə yalnız bir broadcast yayımın seqmentinə aid DHCP serverindən mümkündür
Məsələn bizim bir Əsas ofis var və filial var
Və hansısa səbəbdən filial IPni öz DHCP serverindən deyil Əsas Ofisin DHCP serverindən almalıdır.
Bu zaman DHCP Relay istifadə olunur
Başqa broadcast yayımın seqmentindən icarə DHCP Relay ilə olunur.
DHCP Relay – DHCP repeater təkrarlayıcı
APIPA
APIPA (ing. Automatic Private IP Addressing) – Avtomatik şəxsi IP adresləmə
DHCP server olmadan şəbəkədə IP adreslərin avtomatik ayarlanması
169.254.0.0/16

Hamıya təşəkkür edirəm
Növbəti dərsdə görüşənədək

Hamiya salam. Mənim adim Rəşid Əhmədovdur.
Xahiş edirəm aktiv olun Kursun hamiya əlçatan olması üçün bəyənin, rəylərinizi bildirin, kanala abunə olmağı unutmayın.
Kurs tamamilə ödənişsizdir
Ona görə də dəstək olun ki, daha marağlı daha məlumatlı texnologiya aləminə səyahətimiz baş tutsun
Hamıya təşəkkür edirəm!
Əlavə suallar yaranarsa mənimlə əlaqə qurmaq üçün +994702426674 nömrəsinə zəng və ya yaza bilər .

Comments are closed.