36.Sistem Administratoru Məktəbi – DNS



36.Sistem Administratoru Məktəbi – DNS

36.Sistem Administratoru Məktəbi - DNS

Salam əziz tələbələr
Bu video dərsdə biz DNS haqqında söhbət edəcəyik.

DNSin Model OSI da yeri üçüncüdür Tətbiq etmə səviyyəsi (Application)

Yəgin ki hamımız DNS haqqında eşitmişik
Gəlin görək bu DNS nədir
DNS (ing. Domain Name System – Domen adlarının məlumat sistemi) –Domenlər haqqında məlumat almaq üçün kompüter paylaşdırılmış bir sistemdir. 
Yəni bizdə hər hansı bir Hostun adı varsa biz bu adın IP adresini təyin edə bilirik DNS vasitəsi ilə.
Fikrimcə hamımız artıq yaxşı başa düşürük ki, bütün avadanlığlar internetdə bir biri ilə IP adreslər vasitəsi ilə danışa bilir.
Ama IP adresləri yadda saxlamaq çətindir, məsələn google.az və ya rambler.ru
bunların adreslərini heçkim bilmir və yadda saxlamır
Halbuki əlaqə məhz IP adreslər tərəfindən getsə də
Bax bu zaman bizə köməyə DNS gəlir.
Brauzerdə google.az vuran kimi bizdə DNSin köməyi ilə ad IP adresə çevrilir və ya bir neçə IP adreslərə çevrilir
DNS 53cü UDP və TCP portunu işlədir. Əsasən TCP
Spesifikasiyaları RFC 1034, RFC 1035
Model OSI Application səviyyəsi

Slaydda baxaq əgər biz qartal.az saytına girmək istəyəndə nələr baş verir
İlk olaraq onu deyim ki, adres yazılışı əslində qartal.az. dir
Yəni az, ru və ya başqa hər hası domendən sonra nöqtə var
Slayyda qeyd etmişəm bizim nöqtəni
və hər çey ordan başlıyır
Axtarış geri istiqamətdə olur
Yəni nöqtədən sonra AZ zonasına gəlirik
Zona AZda qartal domeninə link var və qartal.az saytına daxil oluruq
Yəni nöqtədən soruşuruq AZ harda yerləşir, sonra AZdan soruşuruq qartal harda yerləşir.

DNS-in xarakteristikaları hansılardır
İdarəetmənin paylandırılması, yəni DNSi tək bir insan və ya tək bir şirkət idarəetmir. Müxtəlif adamlar müxtəlif şirkətlərdə bir birilərindən asılı olmadan DNSi idarəedirlər .
İnformasiya məlumatlarının saxlanmasının paylandırılması.
Yəni bütün informasiya bir yerdə deyil müxtəlif serverlərdə hansıki bu serverlərdə müxtəlif şırkətlərə mənsubdur və müxtəlif ölkələrdə yerləşir.
İnformasiyanın keşlənməsi.
Yəni daha çox sorğulanan informasiya keşə yazılır və müəyyən zaman kompüterdə qalır.
İyerarxiya strukturuş
Yəni slaydda aydın etdik nöqtə az qartal
Rezervləşdirilmə
Yəni informasiya və ya proqram itməsin deyə DNS serverlər rezervləşdirilir
Eyni informasiyanı bir neçə server saxlıyır

Terminologiya və iş prinsipi
Domen
Yəni bizim misaldakı qartal
Alt domen
İsə məsələn qartaldan sonra gələn səviyyəcə aşağı olan
Resurs qeydləri
Müxtəlif cürə olur bizim misalda qartal.az
Zona
Zona domenin və ya domenlərin bir hissəsidir hansıki verilib kiməsə paylaşdırmaq üçün
Səlahiyyət verilməsi
Yəni hansısa şirkətə verilməsi
DNS – server və DNS – klient
DNS – server informasiyanı soruşan tərəfdir
DNS – klient isə bu informasiyanı verən tərəfdir
Cavab avtoritetli və avtoritetsiz ola bilir
Avtoritetli cavab nə deməkdir
Hər hansı DNS serverdən qeydiyyat məlumatı istyiriksə, ama dediyimiz kimi informasiya paylaşılır və ele bir DNS server də yoxdur ki, bütün informasiyanı özündə saxlasın.
Və əgər informasiya serverdə saxlanılıb qalıbsa o an o avtoritetli sayılır bu cavab üçün
Ama başqa serverlərə sorğu göndərsə artıq cavab avtoritetli olmayacaqdır
DNS – sorğu artıq bunu bilirik yəni DNS sorğu edirik və DNS cavab alırıq.

DNS qeydiyyatların tipləri
A tipi. Burada domen adı və IP adres olur
AAAA tipi. Burada da eyni A tipi kimi ama IPv6 protokolu üçün
CNAME tipi. Burada məsələn hər hansı domen adı var qartal.az.
Və biz ona CNAME edirik 99.qartal.az
Yəni kimsə 99.qartal.az qoşulma edəndə qartal.az özünə keçid alacaq
MX tipi. Poçt adresi
Yəni kimsə saytı yigsa düşəcək A tipli DNSə və kimsə məktub yazmaq istəsə sayta və bizim mail serverimiz başqa IPdə olduğu üçün bu zaman MX tipli DNSdən istifadə olunacaq.
NS tipi. Bu tip name server hansı DNS serverin cavab verəcəyini təyin edir.
PTR. Bu geri funksiyadır. Yəni hasısa zonada IP adres var və bu IP adresə görə bilmək olur ona domen bağlıdır yoxsa yox
SOA ( Stat of Autority) zonanın qeydiyyatı.
Domenin hansı serverdə yerləşdiyini göstərir.
Domenin sahibinin kontakt informasiyasını göstərir.
SRV. Servisdir Yəni MX necə ki mail servisdir bu da digər servislər üçündür

Dinamik DNS
Dinamik DNS (ing. Dynamic DNS) – DNS serverindəki məlumatların real vaxt rejimində və istənildikdə avtomatik olaraq yenilənməsinə imkan verən bir texnologiyadır.
Dinamik bir qeyd üçün yaşamaq vaxtı (TTL) 2-3 dəqiqədəm çox deyildir.

Yekun
Biz DNSin təyinatını araşdırdıq
İş prinsipini öyrəndik
Qeydiyyat tipləri ilə tanış olduq
Və bildik Dinamik DNS nədir

Hamıya təşəkkür edirəm
Növbəti dərsdə görüşənədək

Hamiya salam. Mənim adim Rəşid Əhmədovdur.
Xahiş edirəm aktiv olun Kursun hamiya əlçatan olması üçün bəyənin, rəylərinizi bildirin, kanala abunə olmağı unutmayın.
Kurs tamamilə ödənişsizdir
Ona görə də dəstək olun ki, daha marağlı daha məlumatlı texnologiya aləminə səyahətimiz baş tutsun
Hamıya təşəkkür edirəm!
Əlavə suallar yaranarsa mənimlə əlaqə qurmaq üçün +994702426674 nömrəsinə zəng və ya yaza bilər

Comments are closed.