Java dərsləri – Javada Annotasiyalar ( Annotations In Java )



Java dərsləri – Javada Annotasiyalar ( Annotations In Java )

Java dərsləri - Javada Annotasiyalar ( Annotations In Java )

Java dərsləri – Javada Annotasiyalar ( Annotations In Java )

Javada annotation-lar JDK 1.5 ilə yenilik olaraq gəldi. Annotasiyalar ‘@’ simvolu ilə başlayır. Annotasiyanlar müəyyən dataları özündə saxlaya bilir. Bunlara metatdata da deyilir. Siniflər,dəyişənlər,metodlar və s. ilə işlətmək olunur. Yəni onların üzərində ‘@’ işarəsi ilə təyin olunur. Annotasiyonlar şərh deyil. İşlədilən metod,field ,sinifin iş prosesini dəyişə bilir.

Annotation-lar 3 qrupa bölünür.
1. Marker Annotasions-Heç bir dəyər və parametrdən ibarət olmur. Bu annotation-a @Override misal göstərmək olar.
2. Single Value Annotasions- Yalnız 1 parametrdən (üzvdən) ibarət olur.
3. Full Annotasions- Çoxlu üzvdən ibarət olur.

Retention- Bu annotation ilə yaratdığımız annotation-nın necə saxlanılacağını təyin edirik. 3 formada saxlaya bilərik. SOURCE, CLASS və RUNTIME. default CLASS-dır. SOURCE- compile vaxtı annotation-un nəzərə alınmamasını təmin edir. RUNTIME- runtime zamanı annotation-un əlçatanlığını təmin edir. CLASS isə RUNTİME-ın əksidir də deyə bilərik. Ən çox işlədilən RUNTİME və CLASS-dır.
Target- yaradaılan annotation-nun harada istifadə oluncağını təyin edir. Yəni metod üzərindəmi və ya sinif üzərindəmi və s. Birdən çox parametr ala bilir. @Target({ElementType.METHOD,ElementType.TYPE}). Burada ElementType enum-dur.
Documented- Marker annotationdur. Bir annotation yaradılan zamanı həmin annotation-un javadoc ilə olan dokumentasiyalara daxil etmək üçün istifadə olunur.
Inherited- Adından da məlum olduğu kimi inheritance hallarında istifadə olunur.

Java dərsləri

Subscribe: https://www.youtube.com/narimankarimov/

Comments are closed.