43.Sistem Administratoru Məktəbi – VLAN



43.Sistem Administratoru Məktəbi – VLAN

43.Sistem Administratoru Məktəbi - VLAN

Salam əziz tələbələr
Bu dərsimizdə VLAN texnologiyası haqqında danışacağıq.

Onun yeri Model OSI-da 2ci Datalink Kanal səviyyəsindədir.

VLAN (ing. Virtual Local Area Network – Virtual lokal kompüter şəbəkəsi) Fiziki olaraq yerləşmə yerlərindən asılı olmadan broadcast yayım domeninə qoşulmuş qarşılıqlı fəaliyyət göstərən ümumi tələblər toplusu olan bir qrup hostları təmsil edir.
VLAN yalnız İdarə oluna bilən kommutatorlarda olur

Klassik Kommutatorun işləməsini yada salaq
Kommutator və ona qoşulmuş 6 host

PC01 kommutatora yayım göndərir

Və sonra hostlara bu yayım komutatorun bütün portlarından yayılır

İndi isə təsəvvür edək ki, bizim Kommutator VLAN ilədir
rahat başa düşülsün deyə mən VLAN 1ə 1,2,3 portlarını
VLAN 2ə isə 4,5,6 portlarını aid etdim
Və 1,2,3 portları qırmızı 4,5,6 portları isə sarı işarə etdim
PC01 kompüteri broadcast yayım göndərdi və bu yayım yalnız onunla eyni VLANda yayıldı
Bu kompüterlərin fiziki yerləşməsindən asılı olmadan yayılır
Beləliklə VLAN bizdə yayımı məhdudlaşdırdı

Gəlin Fiziki və məntiqi topologiyanı VLAN ilə olan komutatorda müqayisə edək
Fiziki topologiyada bizdə bir komutator və 6 hostumuz var
Məntiqi topologiyada isə bizdə elə bilki 2 ayrı komutatorumuz var
Və onlar bir birindən tam ayrı fəaliyyət göstərirlər

IEEE 802
IEEE 802.1Q – VLAN-a aid olma haqqında məlumatı ötürmək üçün trafik etiketləmə prosedurunu təsvir edən açıq standartdır
802.1Q kadrın başlıqlarını dəyişmir
802.1Q dəstəkləməyən şəbəkə cihazları trafiki VLAN-a aid olub olmamasını nəzərə almadan ötürə bilir

VLAN arası əlaqə
Şəbəkələrimiz fərqli IP-lərdə yerləşdiyindən bizə marşrutlaşdırma tələb olunur
Yəni bizə router və ya L3 kommutatoru lazımdır
Kommutator slaydda sag tərəfdə göstərilib
Ya L2 kommutatoru göndərməlidi routerə yada əvvəlcədən ayarlanmış L3 kommutatoru olmalıdır

İndi isə görək TRANK nədir
Multipleksləmə terminini yada salaq əvvəl
Multipleksləmə – Kanalın sıxlaşdırılması, yəni bir neçə informasiya axınının aşağı sürətdə bir kanal vasitəsi ilə ötürülməsidir
Misal olarq çox xəttli nəqliyyat yolunu göstərə bilərik
Trankinq (ing. Trunking – birləşdirilmiş düyün)
Trank (ing. Trunk) – Kommutatorlar arası və ya kommutatorlarla marşrutizatorlar arasında göndərmə və qəbul etmə trafikini həyata keçirən “nöqtə-nöqtə” əlaqə rabitə xəttidir
Trank tipli kanal ilə bir neçə VLAN-dan trafik verilir
Trankın təyinatı – rabitə xətlərinə qənaətdir
Qənaət necə olur az sonra biləcik

Gəlin indi də Trank ilə və tranksız müqayisə edək
Tutaq ki, bizim 2 kommutatorumuz var
Hər kommutatorun da 3 VLAN var, bu qırmızı, sarı və yaşıl rəngdə göstərilib
Və biz ele etməliyik ki, bir VLAnda yerləşən hostlar bir biriləıri ilə danışa bilsinlər
Demək
Əgər bizdə trank yoxdursa biz 3 əlavə xətt ayırmalıyıq
Əlavə kabel qırmızı, sarı və yaşıl portlarına
Ama bizdə trank varsa biz hər 2 tərəfdən 1 port ayırırıq və bu yolla bütün VLAN informasiya bir portdan ötürülür
Yəni port sayından asılı olmadan biz 1 trank port təyin edirik və bu trank xətt ilə ötürmə edirik

İndi də Trankların üstünlük və çatışmamazlığları haqqında danışaq
Ən əsas üstünlüyü kommutator portlarına qənaətdir
Təsəvvür edin bizdə 10 VLAN olarsa onda biz əlavə 10 port cəlb etməliydik
Ama Trank ilə sadəcə 1 port istifadə olunur
Çatışmamazlığı isə trank bir sıxılmış yer olur
Yəni hansısa səbəbdən xətt qırılarsa və ya nəsə olarsa əlaqə itəcək
Və tıxac effekti də vardır
Buna çıxış yolu Uplinkdir
Uplink – Daha çox performans interfeysdir və bu interfeys vasitəsi ilə adətən İnternet provayderlər qoşulma edirlər
Yəgin çoxlarınız görmüsünüz kommutatorlar var ki, 100mbitlik və onlarda əlavə iki port da var 1 GBitlik
baxın bu həmin o danışdığımız Uplinkdir

İndi də VLAN arası marşrutlaşdirma haqqında danışaq
Bizim hansı variantlarımız var
Biz Routerdən istifadə edə bilərik
Bu 1VLAN – 1 router port kimi olacaq
Ya da Router on the Stick adlandırılan trank
ya da Kommutator L3

Deməli, əgər biz trank istifadə etmiriksə o zaman bizə hər VLAN üçün 1 port lazımdır. Buda bizə sərf etmir

Ona görədə sərfəlidir Router on the Stick trank ilə işləmək

Kommutator L3 ilədə VLAN arası marşrutlaşdirma aparmaq olar

Və gəlin yekunlaşdıraq
Model OSI-da Dlink səviyyəsi
İdarə oluna bilən kommutatorlarda olur
Trank nədir öyrəndik
yeni termin Uplink öyrəndik
VLAN arası marşrutlaşdirmanı araşdırdıq

Hamıya təşəkkür edirəm
Növbəti dərsdə görüşənədək

Hamiya salam. Mənim adim Rəşid Əhmədovdur.
Xahiş edirəm aktiv olun Kursun hamiya əlçatan olması üçün bəyənin, rəylərinizi bildirin, kanala abunə olmağı unutmayın.
Kurs tamamilə ödənişsizdir
Ona görə də dəstək olun ki, daha marağlı daha məlumatlı texnologiya aləminə səyahətimiz baş tutsun
Hamıya təşəkkür edirəm!
Əlavə suallar yaranarsa mənimlə əlaqə qurmaq üçün +994702426674 nömrəsinə zəng və ya yaza bilər .

Comments are closed.